Azərbaycan, RF və Ermənistan baş nazirlərinin müavinləri Rusiyada görüşüb

22 İyun 2022 07:07

Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə komissiyanın həmsədrləri - Azərbaycan, RF və Ermənistan baş nazirlərinin müavinləri iyunun 20-də Sankt-Peterburqda görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, işçi görüş 25-ci Peterburq beynəlxalq forumu çərçivəsində baş tutub.

Qeyd edək ki, daha əvvəl komissiya iyunun 4-də Moskvada görüşmüşdü.

Milli.Az