Ərdoğan və Conson Ukraynanı müzakirə ediblər

22 İyun 2022 07:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı Türkiyə-Britaniya əməkdaşlığının vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmsöhbətlər müdafiə sənayesində əməkdaşlıq mövzusuna diqqət ayırıblar.

Regional proseslər, o cümlədən Ukraynadakı hadisələr müzakirə edilib. R.T.Ərdoğan taxılın Ukrayna limanlarından təhlükəsiz ixracı məsələsinin həllinin vacibliyini vurğulayıb.

Milli.Az