Çin gəmilərindən təhlükəli manevr – Yaponiya ərazilərinə girdilər

21 İyun 2022 23:42

Çinin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiyanın ərazi sularına daxil olduğu bildirilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Yaponiya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Çin gəmilər Uotsuri adasından 20 kilometr cənub-qərbdə Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli ərazidə yapon balıqçı gəmilərinə yaxınlaşıb.

Yaponiya Sahil Mühafizə Xidmətinin xəbərdarlığından sonra Çinə məxsus gəmilər bölgəni tərk edib.

Çinin bu il 11-ci dəfə Yaponiyanın ərazi sularını pozduğu açıqlanıb.

Şərqi Çin dənizində Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir.

Heç kimin yaşamadığı arxipelaq uzun müddətdir ki, iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olur.

Milli.Az