İqor Dodonun ev dustaqlığının müddəti uzadıldı

21 İyun 2022 21:43

Moldovanın sabiq Prezidenti İqor Dodonun ev dustaqlığının müddəti daha 30 gün uzadılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə siyasətçi özü bildirib.

Qeyd edək ki, Dodon korrupsiyada və dövlətə xəyanətdə ittiham edilir. Onu 20 ilə qədər həbs gözləyir.

Keçmiş Prezident məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Milli.Az