“Formula 1”in yeddiqat çempionu qızı çaya itələdi - VİDEO

21 İyun 2022 15:22

Ötən həftəsonu Kanada Qran Prisi keçirilib və burada "Mercedes" komandasının pilotu Lyuis Hamilton üçüncü yeri tutub. 

Milli.Az lent.az-a istinadla xəbər verir ki, bu, yeddiqat dünya çempionu üçün bu mövsüm ikinci podium idi.

Yarışdan sonra Həmilton fizioterapevti və məşqçisi Anjela Kalleni çaya itələyib.

"Ora get, Anjela! Anjela dedi ki, Lyuis Hamilton podiuma çıxmaqla bitirsə, çaya tullanacaq. Ona təkan lazım idi", - komandada vəziyyəti belə izah ediblər.

Milli.Az