Böyrək çatışmazlığının əlamətləri. Qaçırmayın!

28 İyun 2022 22:30

Böyrəklərin zədələnməsi vaxtında müalicə olunmazsa, ölümcül bir patologiyadır. Böyrəklər zəhərləri süzməyi dayandırdıqda, bədən onlarla həddindən artıq yüklənir və bu, həyati təhlükəsi olan böyrək çatışmazlığına səbəb ola bilər.

Böyrək zədələnməsinin bir çox səbəbi ola bilər.

Böyrəklər öz funksiyalarını normal yerinə yetirə bilmədikdə bu kimi əlamətlər meydana çıxır:

- Sidik miqdarının qəfil azalması

- Ayaqlarda, ayaq biləklərində və topuqlarda mayenin tutulması səbəbiylə səbəbsiz şişkinlik

- Nəfəs alma ilə bağlı çətinliklər

- Həddindən artıq yorğunluq, güc itkisi

- Sinədə ağrı və ya təzyiq

- Ürəkbulanma

- Şüur qarışıqlığı

- Qıcolmalar

- Sidik rənginin dəyişməsi

- Güclü, xoşagəlməz bir qoxu olan köpüklü sidik

Bütün bu əlamətlərlə, bir dəqiqə gecikmədən, tibbi yardıma müraciət etmək lazımdır.

Milli.Az