Xalq artistimiz bunun üçün 400 milyon dollar xərclədiyini açıqladı

21 İyun 2022 13:22

Xalq artisti Emin Ağalarov Bakıda tikdirdiyi "Sea Breeze" kompleksinə xərclədiyi məbləği açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni, iş adamı bu haqda "Rossiya-1" telekanalında yayımlanan "Vesti nedeli" proqramında danışıb. Verilişdə Azərbaycanla bağlı süjet yayımlanıb. 

Emin müsahibə zamanı "Bu gün layihəyə qoyulan ümumi investisiya təxminən 400 milyon dollardır (680 milyon manat). Təxminən 300-400 min kvadratmetr daşınmaz əmlak tikilib" deyə, söyləyib.

Milli.Az