Dünyanı "çox ağır yay" gözləyir - Business Insider

21 İyun 2022 12:05

Avropa İttifaqının Rusiya neftinə qismən embarqo tətbiq etməsi səbəbindən dünya bazarlarını "çox sərt" yay gözləyir.

Milli.Az bildirir ki, bu haqda "Business Insider"də dərc olunan məqalədə yazılır.

Analitik Viktor Katonun fikrincə, resurs qiymətlərinin azalması üçün yeganə ümid kreditlər üzrə "çox" yüksək faiz dərəcələri ola bilər. "Yaxın gələcəkdə inanılmaz dərəcədə çətin və inanılmaz dərəcədə stresli bir yay olacaq", - o deyib.

Onun fikrincə, Moskvanı neft gəlirlərindən məhrum etmək istəyi Qərbin ümid etdiyi effekti vermədi. Onun qeyd etdiyi kimi, hər şey tam əksinə oldu və hazırda Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl olduğundan daha çox neft ixrac etməyə başlayıb. Katon əlavə edib ki, bununla əlaqədar olaraq enerji resurslarının dəyəri durmadan artır və Rusiya tərəfi əlavə gəlir əldə edir.

Mütəxəssislər onu da vurğulayırlar ki, tələb artdıqda Moskva təklifi azaldacaqsa, bu, resursun daha da bahalaşmasına səbəb ola bilər.

Aslan Məmmədov
Milli.Az