Hər gün idmanla məşğul olmağın düzgün olmaması barədə 3 səbəb

21 İyun 2022 23:25

Hər gün idmanla məşğul olmağın düzgün olmaması barədə 3 səbəb. Hətda profesional idmançəların belə bərpa olunmaq üçün minimum bir günləri olur.

"Tez-tez idmanla məşğul olsam, bədənimi o qədər sürətli səliqəyə sala bilərəm" - deyə bir çoxları düşünür. İdeal bədən qurluşunun ardınca qaçdıqca insanlar bəzən sağlamlıq məsələlərini unudurlar. Bu isə zamanla ciddi narahatlıqlara və pozuntulara gətirib çıxara bilər.

Gündəlik məşqlər niyə ziyanlıdır?
İmunitet aşağı düşür
Milli.Az topmister.org-a istinadən bildirir ki, artıq, lüzumsuz yülkənmə əsəb sizsteminin əziyyəti ilə yekunlaşır. Bir müddət sonra məşqlərə həvəs azalır və imunitet aşağı düşür. Məhs bu şəkildə orqanizminiz sizə istirhətə və bərpaolunmağa ehtiyac duyduğunu anlatmağa çalışır.

Zədələnmə riskləri artır
Məşqlərdən sonra əzələlər istirahət etməlidir. Məşqləri davam etdirdiyiniz təqdirdə bədən bərpa oluna bilmir və hər dəfəsində zədələnmə riski artır. Bu halda yan keçmək üçün əzələ qrupları üzrə proqram müəyyənləşdirin və məşqlərin ümumi yönünü dəyişin. Misal olaraq, qol əzələləri üçün məşqləri ayaq idmanlarına, ümumi güc məşqlərini isə kardio hərəkətlərə dəyişin.

Yuxu pozuntusu
Üst-üstə toplanan yorğunluq orqanizmə olduqca ziyanlıdır. Yuxu - məşqdən sonra bərpaolunma prosesinin əsas ünsürlərindən biridir. Cüzi miqdarda sözü gedən prosesin pozuntusu istirahətə çox zaman ayırmalı olduğunuza bir işarədir. İstirahət yenidən idman həvəsiniz formalaşana qədər davam etməlidir.

Hər gün idmanla məşğul olmaq olar?
Bütün yazılanlara baxmayaraq, yenə də hər gün məşq etməkdə israrlısınızsa, hərəkətləri düzgün paylaşdırmağa çalışın. Sağlamlığa zərər vurmamaq üçün porfesional idmançılar hərəkət sıralamasını adətən üç güc məşqi, iki kardio və iki əzələ qızışması kimi bölüşdürürlər. Bu halda kardio məşq dedikdə istənilən aktivlik nəzərdə tutula bilər. Eyni ritimdə olmaq şərti ilə bir saata yaxın müddətdə hərəkətdə ola bilərsiniz: qaçış, rəqs, üzgüçülük və s.

Məşqlər zamanı əzələlər mikro zədələr alır. Adətən biz onları sonrakı günlərdə hiss edirik. Növbəti günlər məşqləri nisbətən zəif edin. Əzələ qızışmasını təmin edərək üzə və ya saunaya masaja da yollana bilərsiniz.

Milli.Az