Dövlət Xidməti qədim hamamla bağlı görüntülərə aydınlıq gətirdi - FOTO

21 İyun 2022 12:00

Sosial şəbəkələrdə yayılan görüntülərdə Sabunçu rayonunun Kürdəxanı kəndində XVII əsrə aid hamamın ətrafının məişət tullantıları ilə çirkləndiyi görüntüləri yayılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, abidə mühafizəçiləri hamamın ətrafının təmizliyinin qorunmasına daim nəzarət edir.

"Bir gün ərzində əraziyə baxılmasa, vəziyyət belə olur. Hər abidənin önündə abidə mühafizəçisi dayanıb keşik çəkməlidir deyə bir qayda yoxdur. Abidə mühafizəçiləri ərazi üzrə bir neçə abidəyə nəzarət edir. Dünyanın heç bir ölkəsində abidələrin hamısını hasara alıb, günlük mühafizə təşkil etmirlər. Belə hallara əhali də məsuliyyətli yanaşmalıdırlar. Bu abidələr tək dövlətin deyil, hər kəsindir. Ona görə də abidələri qorumaq hər kəsin borcudur", - deyə N.Allahyarova bildirib.

Milli.Az