Azərbaycan bərpa olunan enerji layihələri üzrə hərracların sayının artacağını gözləyir - Elnur Soltanov

21 İyun 2022 10:28

Biz bərpa olunan enerji layihələri üzrə hərracların sayının artacağını gözləyirik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Azərbaycanda bərpa olunan enerji mənbələri" mövzusunda dayanıqlı inkişaf üzrə Almaniya-Azərbaycan forumunda deyib.

"Biz bərpa olunan enerji üzrə yeni layihələr üçün daim potensial investor axtarırıq. Yaxın zamanlarda günəş fotoelektrik və külək enerjisi sahələrində hərracların sayının artmasını gözləyirik", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm də dənizdə külək enerisinin inkişafı üçün nəhəng potensiala malikdir, Xəzər dənizində bu potensial 157 giqavatt həcmində dəyərləndirilir.

Milli.Az