SSRİ Xalq artisti vəfat etdi

21 İyun 2022 09:30

SSRİ Xalq artisti, litvalı aktyor Reqimantas Adomaytis vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor 86 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Reqimantas Adomaytis "Heç kim ölmək istəmirdi", "Yaşıl furqon", "Qəza", "Sən varsan...", "İstirahət edənlərin həyatından" kimi filmlərlə məşhurlaşıb.

Milli.Az