Çoxuşaqlı xadimə Fransa parlamentinə seçildi

21 İyun 2022 16:45

Qaradərili həmkarlar ittifaqı fəalı, eyni zamanda beş uşaq anası olan Raşel Keke Fransa parlamentində - Fransa Milli Assambleyasında yer ala bilən ilk xadimə olib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, parlament seçkisinin ikinci turunun nəticələrinə görə, İl-de-Frans mərkəz bölgəsində solçu "Yeni Xalq Ekoloji və Sosial Birliyi" partiyasını təmsil edən Kot-d-İvuardan olan 47 yaşlı Keke hakim "İrəli!" partiyasından namizədliyini irəli sürən keçmiş idman naziri Roksana Marasinyanyunu geridə qoya bilib.

Bildirilir ki, çoxuşaqlı qaradərili xadimə 2019-2021-ci illərdə Parisdəki "Ibis Batignolles" hotelində işçilərin maaşlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən tətillərdə iştirak edərkən seçicilər arasında populyarlıq qazanıb.

Milli.Az