Peskovdan etiraf: Şimal Axını tam iflic oldu

21 İyun 2022 08:50

Antirusiya sanksiyaları Şimal Axını kəmərinin işini tamamilə iflic vəziyyətinə salıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə danışan Kreml sözçüsü Dmitri Peskov Qərbi günahlandırıb.

Peskov qeyd edib ki, Rusiya Şimal axını-1 ilə qazı tam həcmdə tədarük etməyə hazırdır, lakin bunun üçün Avropa təmir edilmiş turbinləri geri qaytarmalıdır:

"Texnoloji nöqteyi-nəzərdən bu kəmərin mexaniki infrastrukturu Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara görə əziyyət çəkir. Nasos gücü, yəni turbinlər əsaslı təmirdən keçməlidir. Bəzi turbinləri geri qaytarmaq mümkün deyil. Avropalılar onları öz yerinə qaytarmır. Bu, insan tərəfindən yaradılmış böhrandır və AB-nin əli ilə yaradılmışdır".

Qeyd edək ki, Rusiya Şimal Axını-1 ilə qaz nəqlini 40% azaldıb.

Milli.Az