Pentaqon Rusiyanın güclü və zəif tərəflərini öyrənir

21 İyun 2022 08:20

ABŞ Müdafiə Nazirliyi gələn ilin büdcəsinin icrası çərçivəsində Rusiyanın Ukrayna ilə bağlı strategiyasının qiymətləndirilməsini hazırlayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Nümayəndələr Palatasının müvafiq komitəsinin hazırladığı sənəddə bildirilib.

Sənədə əsasən, ABŞ-ın müdafiə naziri Lloyd Ostindən qanunun qüvvəyə minməsindən sonra 180 gündən gec olmayaraq Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyanın strateji, əməliyyat və təşkilati gücü və zəif tərəflərinin qiymətləndirilməsi tələb olunacaq.

Milli.Az