Hollivud ulduzu Zelenskinin görüşünə getdi - VİDEO

21 İyun 2022 08:24

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) xoşməramlı səfiri kimi Ukraynada səfərdə olan Hollivud aktyoru, rejissor, ssenarist və prodüser Ben Stillerlə görüşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenski bu barədə özünün Teleqram kanalında məlumat verib.

Ben Stiller və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndəsi Karolina Lindholm Billinq Kiyev vilayətinin azad edilmiş yaşayış məntəqələrinə səfərdən sonra Ukrayna dövlət başçısının ofisində olublar. Bu gün onlar, xüsusən İrpen şəhərinin dağıdılmış yaşayış massivlərinə baş çəkib, burada insanlarla söhbət ediblər.

Ben Stiller "Bu dağıntıları televiziyada və ya sosial şəbəkələrdə görmək ayrı şeydir. Bütün bunları öz gözlərinizlə görmək başqa şeydir" deyib. Zelenski Hollivud aktyoruna dəstəyə görə təşəkkür edib.

"Ukraynalılar bütün dünyanın, bir çox məşhur insanların dəstəyini hiss edirlər. Ben Stillerin səfəri də bunu bir daha təsdiqləyir. Sizin İrpinə və Makarova səfəriniz, xalqımızla görüşləriniz çox şey deyir. Bu çətin zamanda orada olmağınızı yüksək qiymətləndiririk", - Zelenski deyib.

Stiller Zelenski özünün qəhrəmanı adlandırıb.

Milli.Az