Ağstafada 3 otaqlı ev yanıb

21 İyun 2022 07:35

Ağstafa rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Eynallı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, mətbəxinin, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və bitişik ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az