AMB-dən kritik BAHALAŞMA QƏRARI: avronun taleyi həll edildi

20 İyun 2022 23:39

Avropa Mərkəzi Bankı (AMB) iyul ayında keçiriləcək iclasında uçot dərəcəsini 0,25% artırmağı planlaşdırır. 

Milli.Az TASS-a istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin İqtisadiyyat Komitəsində tənzimləyicinin rəhbəri Kristin Laqard dinləmələrdə təsdiqləyib.

"Biz pul siyasəti menecerlərinin iyulda keçiriləcək iclasında Avropa Mərkəzi Bankının əsas faiz dərəcəsini 25 baza bəndi (0,25%) artırmaq niyyətindəyik", - o deyib.

Avro zonası, AB-nin Rusiyaya qarşı sanksiyaları nəticəsində, apreldə qeydə alınan 7,4%-dən sonra may ayında illik bazda 8,1%-ə çatan yüksək inflyasiya ilə üzləşdi. (publika.az)

Milli.Az