AMEA-nın institutunda yanğınla bağlı MƏLUMAT

20 İyun 2022 22:29

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda yanğın baş verib.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Sonradan yanğınla bağlı ciddi təhlükənin olmadığı aydınlaşdırılıb və yanğınsöndürən maşınlardan 2-si geri qayıdıb.

Digər yanğınsöndürənlər isə mümkün təhlükə ilə bağlı yoxlama aparıblar.

Milli.Az