Rusiyaya aid aktivlər kütləvi şəkildə müsadirə olunacaq

20 İyun 2022 21:58

Ukraynada Rusiya ilə əlaqələri olan şəxslərin əmlakı və aktivləri kütləvi şəkildə müsadirə ediləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın ədliyyə naziri Denis Malyuska deyib.

O qeyd edib ki, söhbət Rusiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən rusiyalıların və ukraynalıların əmlakının müsadirəsindən gedir.

Malyuska prosesin yayın sonunda başlayacağını vurğulayıb.

Milli.Az