Xalq artistindən gəlini ilə bağlı paylaşım - FOTO

20 İyun 2022 19:52

"Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov gəlini Fatimə ilə bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, nağara ifaçısı Fatiməni ad günü münasibətiylə təbrik edərək bunları yazıb:

"Balam Fatimə, evimizdəki ilk yaşın mübarək".

N.Şirinovun oğlu Ümid də xanımı ilə şəklini yayımlayaraq "Fatiməm, doğum günün mübarək!" sözlərini əlavə edib. 

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır.

Milli.Az