Taksi sürücüsü keçiddə piyadaları əzdi - VİDEO

20 İyun 2022 18:58

İnternetdə Moskvada taksinin piyada keçidində olan izdihamı vurması anını əks etdirən video yayılıb.

Milli.Az bildirir ki, müvafiq videonu Moskva Nəqliyyat Departamentinin Telegram kanalı yayıb.

Kadrlarda avtomobilin yolu keçən bir neçə nəfəri necə vurduğu, daha sonra bir-iki metr getdiyi və dayandığı görünür.

Moskvanın Borovskoye şossesində baş verən hadisə haqda həmin gün səhər saatlarında məlum olub. "112" Telegram kanalının məlumatına görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb, onlara köməklik göstərilir. İlkin versiyaya görə, taksi sürücüsü işıqforun qırmızı işığında keçib.

İrfan Vəliyev
Milli.Az