91 yaşlı Qorbaçovun halı pisləşir

20 İyun 2022 14:10

SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçovun böyrəklərində problem aşkarlanıb.

Milli.Az bildirir ki, tanınmış Mash teleqram kanalı yazır ki, 91 yaşlı siyasətçinin vəziyyəti vaxtaşırı pisləşir.

Sovet İttifaqının keçmiş prezidentinin hemodializ üçün getdiyi bildirilir. O da məlumdur ki, vaxtaşırı həkim nəzarətində olan Qorbaçovun qanı daim təmizlənir.

Aslan Məmmədov
Milli.Az