Tələbələrdən 3-5 min manat rüşvət tələb edən müəllim işdən çıxarıldı

20 İyun 2022 14:07

Tələbələrdən 3-5 min manat rüşvət tələb etməkdə ittiham olunan BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən azad olunub. 

Bu barədə Milli.Az-a universitetin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Milli.Az