XİN: Ağalı kəndinin sakinləri tezliklə öz evlərinə qayıdacaqlar

20 İyun 2022 13:52

Tezliklə çoxlu ailələr təxminən 30 il əvvəl Qarabağ və ətraf bölgələrdən didərgin düşdükdən sonra ilk dəfə Ağalı kəndində öz evlərinə qayıda biləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

"Bu, işğal dövründə öz evlərini itirmiş şəxslər üçün əlamətdar məqamdır və yaşayış məskənlərinin bərpasında ilk addımı ifadə edir", - deyə o bildirib.

Milli.Az