“Atası da həmin xəstəlikdən vəfat edib”

21 İyun 2022 00:47

Xalq artisti Brilliant Dadaşova qohumu olan müğənni Nərmin Kərimbəyovanın ağır əməliyyatından danışıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, müğənni bu barədə "Şourum" proqramına açıqlamasında deyib.  Sənətçi qeyd edib ki, Nərminin atası da sözügedən xəstəlikdən əziyyət çəkir:

"Atası Malik Kərimbəyov Hepatit B xəstəliyindən əziyyət çəkib, anidən ürəyi dayandı. Biz həmişə problemlərimizi gizlədən biri olmuşuq. Nərmin gizlədə bilmədi".

Qeyd edək ki, Nərmin qısa müddət əvvəl uzun illərdir Hepatit B xəstəliyindən əziyyət çəkən qardaşı Kamran Kərimbəyova donor olmuş, qaraciyərini böyük bir hissəsini ona vermişdi.

Milli.Az