90 yaşlı qadının həyətinə ayı girdi, stulla qovdu

21 İyun 2022 00:15

Amerika Birləşmiş Ştatları sakini öz həyətinə girən ayını bağ stulunun köməyi ilə qovmağı bacarıb.

Milli.Az bildirir ki, bu barədə WYMT-TV məlumat yayıb.

Tennessi ştatının Seviervill şəhərindən olan Alta Uilyams dedi ki, o, öz ön eyvanında oturarkən həyətdə üç balası olan ayı peyda olub. "Burada ayılar olur. Əvvəlkindən daha tez-tez görünürlər", - 90 yaşlı qadın dedi.

Yırtıcı təqaüdçüyə yaxınlaşanda o, qazondan bağ stulunu qaldırıb və mümkün qədər səs-küy salmağa çalışaraq onu silkələməyə başlayıb. Ayı qadına tərəf bir addım atdı, lakin bundan sonra o, stulun gurultusundan qorxaraq dərhal qaçdı. Balalar analarının arxasınca getdilər.

Hadisə yerinə gələn həkimlər Uilyamsın həyatı üçün təhlükə yaratmayan yüngül xəsarətlər aşkar ediblər.

Amerikalı dedi ki, o, tez-tez ərazidə ayı görür, lakin adətən bir adam peyda olanda onlar qaçırlar, ona görə də başına gələn hadisəni qeyri-adi adlandırıb. O, həmçinin qeyd etdi ki, o, bütün məhsulları həmişə yaxşı gizlədir ki, yırtıcıları cəlb etməsin.

İrfan Vəliyev
Milli.Az