"Ford" 3,3 milyon avtomobili geri çağırır

20 İyun 2022 13:00

"Ford" şirkəti transmissiya problemlərinə görə 3,3 milyon avtomobili geri çağırır.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, nasazlıqlar 2013-2021-ci illər arasında istehsal edilmiş avtomobillərdə aşkar olunub.

Qüsur yenidən avtomatik transmissiya selektoruna toxunur - sürət ötürücünün zədələnməsi "Dayanacaq" rejiminin daxil olmasına mane ola bilər, nəticədə avtomobil aşağı yuvarlana bilər. Çatışmazlıq Şimali Amerika bazarı üçün Escape və Edge krossoverlərində, C-Max yığcam furqonlarda, Fusion sedanlarında və Transit Connect furqonlarında və mikroavtobuslarında aşkar edilib.

Aslan Məmmədov
Milli.Az