Alimin həyat yoldaşı aldatdılar - 700 minlik dələduzluq

20 İyun 2022 12:15

Moskva yaxınlığındakı Krasnoqorskda fırıldaqçılar həqiqi əskinasları saxta ilə əvəz edərək optik-tədqiqatçının arvadını 700 min rublunu qarət ediblər.

Milli.Az bildirir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.

82 yaşlı qadına zəng edərək özünü Pensiya Fondunun işçisi kimi təqdim edən dələduz alimin həyat yoldaşını defolt xəbəri ilə qorxudub. O, təqaüdçünü inandırıb ki, mövcud pullar tez bir zamanda yeni əskinaslarla əvəz olunmalıdır.

Nəticədə qadın fırıldaqçılara doqquz min dollar və 200 min rubl verib və bunun müqabilində "zarafat bankı"ndan 22 əskinas alıb. Amerika valyutası olan əskinas paketini "müqavilə"nin imzalanması zamanı təqaüdçünün mənzilinə girən şəriki götürüb.

Ancaq əsl pulun itirilməsini qadının əri hiss edib: o, saxta əskinasları görüb və yaxınlarına hər şey barədə məlumat verib, bundan sonra onlar polisə müraciət ediblər. Faktla bağlı "külli miqdarda oğurluq" maddəsi ilə cinayət işi başlanıb.

Aslan Məmmədov
Milli.Az