Bakıda səs-küylü GECƏ - Milyonluq TOY KARVANI, məşhur dünya ulduzları... - VİDEO

20 İyun 2022 10:00

Bakıda günlər öncə baş tutan səs-küylü toydan xəbər var.

Milli.Az-ın əldə etdiyi məlumata görə, sözügedən toy karvanında iştirak edən avtomobillərin ən ucuzu 100 min dollar dəyərindədir. 

Paytaxtın ən bahalı məkanlarının birində gerçəkləşən məclisə yerli məşhurlarla yanaşı, əcnəbi estrada ulduzlarının da qatıldığı bildirilir.

Qeyd edək ki, tədbirdə Ukraynanın Əməkdar artisti Svetlana Loboda, gürcü müğənni Dato, Xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və rəhbərlik etdiyi "Natiq" ritm qrupu, Əməkdar artist Xəyyam Nisanov və başqaları çıxış ediblər. Toyu olan Emil Telman adlı biznesmenin oğludur.

Sözügedən toydan görüntüləri təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az