Bu ölkədə əhaliyə dördüncü doza vaksin vurulacaq

20 İyun 2022 18:15

"Əhaliyə dördüncü dozanın vurulması planlaşdırılır. Hər şey hazırdır, yalnız vaxtı təyin etmək qalıb".

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bunu İspaniyanın səhiyyə naziri televiziyaya müsahibəsində deyib. 

"Böyük ehtimalla bu iş payızda reallaşacaq. Həmin vaxt koronavirusun müxtəlif ştamlarına qarşı qoruyan peyvəndlər də hazır olacaq" - deyə nazir qeyd edib.

Qeyd edək ki, hazırda İspaniyada Covid-19 əleyhinə 4-cü doza vaksin yaşı 80-dən yuxarı olan şəxslərə tətbiq edilir. Ölkə əhalisinin 57%-i buster dozanı qəbul edib.   

Milli.Az