İkiqat “Oskar” mükafatçısı zorlama ittihamı ilə saxlanıldı

21 İyun 2022 01:00

Kanada əsilli amerikalı ssenarist, prodüser və rejissor Pol Haqqis İtaliyanın cənubunda zorlama ittihamı ilə saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ittiham tərəfinin fikrincə, o, əcnəbi qadını cinsi əlaqəyə məcbur edib, sonra onu Brindisi hava limanında ataraq gedib. Hava limanının əməkdaşları və sərhədçilər ona kömək ediblər. Bundan sonra qadın polisə ittiham xarakterli ifadə verib. Onun əsasında Haqqis saxlanılıb.

Qeyd edək ki, Haqqis "Crash" ("Toqquşma", 2004) və "Million Dollar Baby" ("Milyon Dollarlıq Qız, 2004) filmlərinə görə "Oskar" mükafatı alıb.

Milli.Az