Amerikalı aktrisa və pop müğənnisi Cennifer Lopez övladı ilə səhnəyə çıxaraq onun cinsi kimliyini açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Los-Ancelesdə çıxış edən 52 yaşlı müğənni 14 yaşlı qızı Emmanı səhnədə onunla birlikdə çıxış etməyə dəvət edib.
Ulduz uşağa qeyri-binar şəxs (özünü iki cinsindən heç birinə aid etməyən şəxs) kimi müraciət edib.
Səhnəyə çıxan Emma əlində LGBT+ icmasının rəmzi sayılan göy qurşağı rəngli mikrofon tutaraq mahnı oxuyub.
Milli.Az