BMT: Ukraynalıların üçdə biri...

20 İyun 2022 08:49

7 milyondan çox ukraynalı ölkə daxilində köçkündür. 7,4 milyon nəfər isə xaricə qaçmağa məcbur olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu statistikanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.

Qeyd olunur ki, ukraynalı qaçqınların təqribən yarısı Polşada məskunlaşıb. Fevral ayınadək Kiyevin nəzarət etdiyi ərazilərdə 37 milyonadək insan yaşayırdı.

Milli.Az