"Səhər tarixi həftə başlayacaq" - Zelenski

20 İyun 2022 07:57

"Bu səhər tarixi həftə başlayacaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski televiziya ilə müraciətində deyib.

"Səhər tarixi həftə başlayır. Bu həftə biz Avropa İttifaqının Ukraynanın namizədliyi ilə bağlı cavabını eşidəcəyik. 1991-ci ildən bəri bu cür taleyüklü qərarlar çox az olub. İnanıram ki, Avropanın maraqlarına yalnız bizə verilən müsbət cavab uyğundur" - deyə Zelenski qeyd edib.

Dövlət başçısı həftə ərzində Avropa liderlərinə müraciət edəcəyini də nəzərə çatdırıb.

Milli.Az