Bakıda avtomobil 5 yaşlı uşağı vurub

19 İyun 2022 23:56

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil 2017-ci il təvəllüdlü Əsgərov Hacıəli Həsən oğlunu yaşadığı evin qarşısında vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az