“Aİ Azərbaycanla Ermənistan arasında sülh səylərini dəstəkləyir” - Toyvo Klaar

19 İyun 2022 22:22

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh səylərini dəstəkləyir.

Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb.

"Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum: Ermənistanla müsbət dinamikanın ardınca indi sülhün bərqərar olmasının, əməkdaşlığın əsasının qoyulmasının və praktiki icraya keçilməsinin vaxtıdır. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir" - Toyvo Klaar paylaşımında vurğulayıb.

Milli.Az