Bakıda istixanada yanğın olub

19 İyun 2022 21:08

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 800 m² olan istixananın polietilendən ibarət üzlüyü 300 m² sahədə və içərisində plastik dibçəklər yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az