Rusiya üçün növbəti PROBLEM

19 İyun 2022 20:26

Rusiyadakı "Microsoft" müştəriləri kompüterləri üçün "Windows 10" və "Windows 11i" əməliyyat sistemlərini yükləmək və yeniləməkdə problemlərlə üzləşiblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, problem bu gün səhər saatlarından başlayıb.

"Microsoft" şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Milli.Az