Bazar ertəsi Brüsseldə Finlandiya və İsveç nümayəndə heyətləri Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqlar aparacaq.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiya prezidentinin dəftərxanasından məlumat verilib.
"Finlandiya, İsveç və Türkiyə arasında rəsmi səviyyədə müzakirələr sabah Brüsseldə NATO Katibliyinin ev sahibliyi ilə davam edəcək", - məlumatda qeyd olunub.
Milli.Az