Rusiya öz əsgərlərini ölümə göndərir - Podolyak

19 İyun 2022 18:07

Rusiya Ukraynaya qarşı müharibədə ən azı müəyyən nəticələr əldə etmək üçün öz əsgərlərindən yem kimi istifadə edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq Ukrayna üçün vətəndaşın həyatı yüksək qiymətləndirilir:

"Rus propaqandaçıları narahatdırlar ki, Ukraynanın müdafiəçiləri cəbhəyə göndərilməmişdən qabaq xaricdə təlim keçəcəklər. Rusiyada səfərbərliyə çağırılanlar heç yerdə təlim keçmirlər və onları dərhal ölümə göndərirlər".

Milli.Az