Rusiyada "Vindovs” 10 və 11 qadağan edildi

19 İyun 2022 17:45

"Maykrosoft" korporasiyası Rusiyada "Vindovs"10 və 11-in yüklənməsini qadağan edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "CNews" məlumat yayıb.

Məlumata görə, tətbiqi yükləməyə çalışanda səhifədə "404 - Fayl və ya Kataloq tapılmadı" xətası baş verir.

Şirkət bununla bağlı hələlik rəsmi açıqlama verməyib.

Milli.Az