"Mançester Siti"nin sabiq futbolçusu "Beşiktaş"a keçir

19 İyun 2022 17:37

"Beşiktaş" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "qara qartallar" "Lion"la müqaviləsi başa çatan belçikalı müdafiəçi Ceyson Denayer ilə danışıqlara başlayıb. 26 yaşlı oyunçu artıq İstanbuldadır.

Qeyd edək ki, Denayer daha əvvəl Türkiyədə "Qalatasaray" forması geyinib. O, 2013/2018-ci illərdə "Mançester Siti"yə məxsus olub.

Milli.Az