Rusiyanı məğlub edə bilən ordu yaradılmalıdır - Sanders

19 İyun 2022 17:30

Rusiyanı məğlub etməyə qadir bir ordu yaratmaq lazımdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Britaniya ordusunun baş qərargah rəisi Patrik Sanders deyib.

"Müttəfiqlərimizlə birlikdə Rusiyanı məğlub edə biləcək ordunun yaradılmasına təcili ehtiyac var. Yenidən Avropada döyüşmək üçün ordu hazırlanmalıdır", - Sanders bildirib.

Milli.Az