Moldovada Rusiyanın xəbər proqramları qadağan ediləcək

19 İyun 2022 15:15

Moldova Prezidenti Mayya Sandu ölkə ərazisində Rusiyanın xəbər proqramlarının qadağan edilməsi barədə qanunu imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Moldova Televiziya və Radio Şurasının sədri Liliana Vitsu bildirib.

Liliana Vitsu deyib ki, qanun gələn həftənin cümə günü dərc olunacaq və dərc olunduqdan sonra qüvvəyə minəcək.

Qanunda dezinformasiya dair də sərt tələblər müəyyənləşir. Əgər KİV-in dezinformasiya yaydığı təsdiqini taparsa, 7 il lisenziyadan məhrum ediləcək.

Milli.Az