ABŞ-ın cənubunda mal-qara kütləvi şəkildə qırılıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə bununa bağlı görüntülər paylaşılır.
Bildirilir ki, tələfat eyni vaxtda bir neçə ştatda qeydə alınıb. Ölən heyvanların sayı on minlərlə hesablanır.
Mal-qaranın tələf olma səbəbləri hələlik rəsmi şəkildə müəyyən edilməyib.
İlkin ehtimallara görə, ev heyvanları anomal yüksək hava temperaturu və yüksək rütubətdən tələf olurlar.
Milli.Az