Nahidə Orucova qolunu sındırdı - VİDEO

19 İyun 2022 13:30

Əməkdar artist Nahidə Orucovanın başına iş gəlib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa tamaşaya hazırlaşarkən yıxılaraq qolunu sındırıb. Bu barədə o, "MTV"yə müsahibəsində danışıb:

"O olmasın, bu olsun" tamaşasında "Sənəm" obrazına hazırlaşırdım. Ayağımdakı çarığın uc hissəsi oturacağa ilişdi və yerə yıxıldım. Ağrım var idi, amma tamaşanı oynadım. Düşünürdüm ki, əzilib. Gecə dərman qəbul etdim, iynə vurdum ki, ağrını hiss etməyim. Səhər həkimə getdim, sınıq diaqnozu qoydular".

Milli.Az