Bərdə sakini qonşusunu öldürdükdən sonra özünü güllələyib

19 İyun 2022 11:39

Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Şatırlı kəndində baş verib.

Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az