Slovakiya Rusiyaya qarşı bu ölkədən kömək istədi

19 İyun 2022 12:15

Slovakiyanın müdafiə naziri Yaroslav Nad Çexiyanın müdafiə naziri Yana Çernoxovadan ölkənin hava məkanını Rusiya təhlükəsindən qorumaq üçün kömək istəyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu gün Yaroslav Nad çexiyalı həmkarı Yana Çernoxova ilə Praqada görüşüb.

Y.Nad Slovakiyanın Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarələrinin istifadəsini dayandırmağa hazırlaşması və yerinə F-16 döyüş təyyarələrinin alış tarixinin 2 il təxirə salınması səbəbindən Çexiyadan kömək istəyib.

Milli.Az