Hacıqabulda toyda kütləvi zəhərlənmə

19 İyun 2022 09:30

Hacıqabulda toyda kütləvi zəhərlənmə olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul şəhərində fərdi yaşayış evlərindən birində qurulan çadırda keçirilən toy mərasimində baş verib.

Hazırda toyda iştirak edən 10-dan çox rayon sakini Şirvan və Hacıqabul rayonlarında yerləşən xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az